Etibarlılıq, keyfiyyət və peşəkarlıq.
Azsteel Casting MMC metaltökmə və metalkonstruksiya sahəsində fəaliyyət göstərən, müasir laboratoriya və mühəndislik potensialına malik sənaye müəssisəsidir.
Sənaye üçün yüksək keyfiyyətli polad və çuqun tökmə həlləri.
Azsteel Casting MMC ağır sənaye, mədən, sement, tikinti və maşınqayırma sahələri üçün xüsusi xassəli lehimli polad və çuqun hissələrin istehsalı üzrə ixtisaslaşmışdır.
Müəssisəmizdə istehsal prosesi xammalın spektral analizindən başlayaraq qəlibləmə, əritmə, mexaniki emal və laboratoriya sınaqlarına qədər tam nəzarət altında həyata keçirilir.
4 əsas fəaliyyət istiqaməti
Standart və fərdi layihələr üzrə təqdim etdiyimiz istehsal və mühəndislik xidmətləri.
Polad və çuqun tökmə
Zərbəyə və sürtünməyə davamlı 110G13L Hadfield poladı, yüksək xromlu çuqunlar (ÇX16, ÇX28) və lehimli konstruksiya poladlarının dəqiq tökülməsi.
Metal konstruksiyalar
Sənaye binaları, çənlər, bunkerlər, karkaslar və xüsusi təyinatlı metal qurğuların layihələndirilməsi, kəsimi, qaynağı və montajı.
Sertifikatlı laboratoriya
Spektral kimyəvi analiz, mexaniki davamlılıq və sərtlik sınaqları ilə beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına tam uyğunluq.
Mühəndislik və fərdi qəlib
Müştərinin təqdim etdiyi 2D/3D çertyojlar və ya köhnəlmiş detal nümunələri əsasında sıfırdan qəlib modelinin hazırlanması və tökük istehsalı.
Real istehsalat görüntüləri
Zavodumuzun daxili prosesləri və keyfiyyətə nəzarət mərhələlərindən fotoşəkillər.
İşimizdə rəhbər tutduğumuz dəyərlər
Hər bir layihədə müştərilərimizə təmin etdiyimiz əsas meyarlar.
Müştəri çertyojlarına, kimyəvi tərkibə və texniki parametrlərə ən yüksək dəqiqliklə riayət olunur.
Texniki sorğuların operativ hesablanması və istehsal prosesinin qrafikə uyğun vaxtında təhvil verilməsi.
Hər bir istehsal partiyası üçün rəsmi laboratoriya sınaq protokolu və keyfiyyət pasportu təqdim edilir.
Polad və çuqun tökmə məhsullarımızı kəşf edin.
Bütün sənaye istiqamətlərimiz üzrə istehsal nümunələrimizlə Məhsullar kataloqunda tanış ola bilərsiniz.